Bu gün Masazır qəsəbəsində suyun verilməsində məhdudiyyət yaranacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən
RePost.Az-a verilən məlumata görə, yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
RePost.Az