Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarların ilk qrupu Bakıya qayıdıb.
RePost.Az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.
Növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.
Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvar Həccə gedib.
Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.
RePost.Az