Bir bakal pivə içmişəm, sərxoş deyiləm: - Sürücünün sərxoşluğu necə ölçülməlidir? - VİDEO
Yol polisi sürücülərə dəfələrlə xəbərdarlıq edir ki, spirtli içki qəbul edib sükan arxasına keçməyin. Amma təəssüflər olsun ki, buna məhəl qoymayan sürücülər hələ də var. Əbəs yerə bu mövzuya toxunmamışıq. Bir çox hallarda sərxoş sürücülərlə yol polisi arasında mübahisələr düşür. Sürücü deyir ''az içmişəm'', yol polisi isə sürücüyə sərxoş olduğunu bildirərək cərimə yazır. Bəs əslində sürücünün sərxoşluğu necə ölçülməlidir? Və ya axşam araq içən sürücü səhər sərxoş ola bilərmi? RePost.Az xəbər verir ki, bu suallara həkim narkoloq Xəzər TV-də cavab verib.
Alkoqol Səxroşluğunu Təyin Etmə Məntəqəsinin həkim-narkoloqu Nadir Rzayev deyir ki, sərxoşluğu müayinə edilən hər bir sürücü ''alkotestrin'' göstəricilərinə baxmalıdır. Yəni bir bakal pivə belə testırda sürücünü sərxoş kimi göstərə bilər. Bu, onun içdiyi spirtin dozasından asılıdır.
Bəzi hallarda isə sürücülər yol polisi ilə mübahisə edirlər ki, onlar spirtli içkini axşam qəbul ediblər. Amma yol polisi sürücüdən spirtli içki iyi gəldiyini deyərək onu cərimələyir. Bəs belə olduqda necə? Axşam spitrli içki qəbul edən sürücü səhər saatlarında sərxoş ola bilərmi?.
Narkoloqun sözlərinə görə, 100 qram arağın tərkibində təxminən 40 qram spirt olur. Onu da qəbul edən şəxsin qanından təxminən 4 saatdan sonra spirt çəkilir.
Ancaq istənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçməyin ki, yol polisi ilə belə mübahisələr yaşamayasınız. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərin üzündən baş verir.