Ali və orta məktəblərdə dərslər sentyabrın 15-də başlayacaq.
RePost.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov təhsil müəssisələrində dərslərin sentyabrın 18-də başlamasıyla bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, hər il olduğu kimi bu il də "Bilik günü"nün sentyabrın 15-də qeyd ediləcəyini bildirib.
"Bir çox saytlarda dərslərin 18 sentyabrda başlaması ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək. Və əlavə olaraq, qeyd edim ki, bu il məktəblərə bütün siniflər üzrə 1.445.049 şagir gedəcək".
RePost.Az