Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. 
 
RePost.Az-ın xəbərinə görə, bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.
 
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
 
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.
 
RePost.Az

Baxış sayı: 5157 | Tarix: 15.09.2017
Bizi Telegramda izləyin: @repostaz