Xəbər verdiyimiz kimi, Masallının Boradigah kəndində keçirilən "ciyər axşamı"nda mərasimində meyxanaçılar arasında dava düşüb.
Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Bu səbəbdən "ciyər axşamı" yarımçıq dayandırılıb.
RePost.Az-ın məlumatına görə, hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, bu hadisədən sonra daha bir qalmaqal ev sahibi ilə Rəşad Dağlı arasında yaşanıb. Belə ki, ev sahibi toyu yarımçıq tərk etdiyinə görə Rəşad Dağlı və digər meyxanaçıların pulunu verməyəcəyini bildirib. O deyib ki, "ciyər axşamı" gecə 3-ə qədər davam etməli imiş, ancaq dava səbəbilə saat 11-də məclis yekunlaşıb. Meyxanaçı isə buna etiraz edib və deyib ki, Bakıdan Masallıya qədər yol gəliblər və pulunu tələb edib.
Məlumata görə, ev sahibi meyxanaçılara 5 min manat verməli imiş. Ancaq dava səbəbilə bu pulları verməkdən imtina edib.
RePost.Az