Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib.
RePost.Az "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib.
M.Məmmədova rayondan Bakıda qaldığı evə qayıdaraq ərzaqları yerləşdirən zaman keçinib. Yaxınlarının verdiyi məlumata görə, qadının ürəktutmasından ölməsi ehtimal olunur.
O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub.
RePost.Az