Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  14-16° isti, gündüz  17-20° isti, Bakıda gecə  14-16°, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 764  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət  85-95 % olacaq. 
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  11-16°, gündüz  17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 2174 | Tarix: 27.09.2017
Bizi Telegramda izləyin: @repostaz