Müğənni Damla şəxsi həyatında çətin günlər yaşayır.
RePost.Az azxeber.com-a istinadla xəbər verir ki, sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb. Belə ki, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla ilə ayrıldıqdan sonra ona verdiyi "Porsche" markalı avtomobili əlindən alıb.
Məlumatı verən mənbənin sözlərinə görə, müğənninin sevgili olduğu bu şəxs evlidir və övladı var. Həmin şəxsin adı və soyadı redaksiyamıza məlum olsa da, evli olmasını nəzərə alıb adını açıqlamırıq.
"Yayılan xəbər qətiyyən doğru deyil. Həmin maşını "Bozbash Pictures" serialı üçün sponsor göndərmişdi. Onu seriala çəkildikdən sonra qaytarıb özünə vermişik. Bu materialı yayan jurnalistə mən belə bir məlumat veməmişəm. Necə özündən belə material hazırlayıb yayıbsa, elə də adiyyatı orqanlara cavab verəcək", - Damla yayılan xəbərlərə aydınlıq gətirib.
RePost.Az