Sosial şəbəkədə azyaşlı uşaqların narkotik maddə aludəçisinə çevrilməsi haqqında video paylaşılıb. Videoda yüksək dozada narkotik maddəni qəbul edən uşağın bir müddət sonrə vəziyyəti pisləşir və dünyasını dəyişir.

RePost.az-ın məlumatına görə, 2015-ci ilin nəticələrinə əsasən Azərbaycanda 592 nəfəri qadın olmaqla, 28 555 nəfər narkotik vasitə istifadəçisi kimi qeydiyyatdadır. Yalnız 2015-ci ildə 2017 nəfər narkotik vasitə istifadəçisi kimi qeydiyyata alınıb.

Narkotik vasitə istifadəçilərindən Respublika Narkoloji Dispanserinin qeydiyyatında olanlar 23153, profilaktik müalicə alanlar 5402, anonim müalicə alanlar 583, toksikomanlar 158 nəfər təşkil edir. Əfsuslar olsun ki, son dövrlərdə narkomaniyanın yaşı da cavanlaşaraq 13-14 yaşa keçib.

Rəsmi statistikaya görə, azyaşlı narkomanların sayı əhəmiyyətli dərəcədə artıb. Ötən il Azərbaycanda narkotik vasitələrdən istifadə edən və narkotik vasitələrin satışı ilə məşğul olan 7 uşaq qeydiyyata alınıb.

RePost.az


Baxış sayı: 3523 | Tarix: 20.12.2016
Bizi Telegramda izləyin: @repostaz