Quba rayonun bəzi dağlıq kəndləri yenidən ağ örpəyə bürünüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin öncədən xəbərdarlıq etdiyi kimi, dağlıq ərazilərdə yağan sulu qar qara çevrilib.
 
RePost.Az İstipress-ə istinadən xəbər verir ki, ən çox qar yağan ərazi isə Qubanın Xınalıq kəndi olub. Axşam saatlarından başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.
 
Kənd sakinlərinin verdikləri məlumata görə, qar yağışı artıq fəsadlarını göstərməyə başlayıb. Belə ki, axşam saatlarından başlayaraq, elektrik enerjisinin verilməsində problem yaranıb. Hazırda isə Xınalıqla yanaşı, ətraf bəzi kəndlərdə də işıq yoxdur.
 
“Azərişıq” QSC-nin Quba rayon şöbəsinə məlumat verilib və artıq enerjinin verilməsi üçün briqada işə başlayıb.
 
Qar hələlik Quba-Xınalıq yolunda problem yaratmayıb.
 
RePost.Az

Baxış sayı: 6012 | Tarix: 03.10.2017
Bizi Telegramda izləyin: @repostaz