Bu gün Bakının Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.
 
"Azəriqaz" İstehsalat Birliyindən RePost.Az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
 
"Xəyal Adası" MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qaz Paylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir işləri ilə bağlı oktyabrın 4-də saat 07:00-dan 3 gün müddətində "Yeni Binə" Qaz Paylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.
 
Göstərilən müddət ərzində təmir işləri  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
 
RePost.Az

Baxış sayı: 3485 | Tarix: 04.10.2017
Bizi Telegramda izləyin: @repostaz