Bakıda əri tərəfindən güllələnən qadın ölüb.
RePost.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib.
S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.
Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Fakt üzrə araşdırmalar davam etdirilir.
RePost.Az