Dünən ATV kanalında yayımlanan "Maşın" şouda meyxanaçı Samirəyə 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə getsin deyib. Proyektin baş prodüseri Toğrul Məmmədov "Maşın" şou tarixində məhz Samirəyə ən az SMS gəldiyini etiraf edib.
RePost.Az xəbər verir ki, xəbərçi.az-a ürəyini boşaldan meyxanaçı Samirə isə bununla razılaşmayıb:
"Sadəcə gülməlidir. Kor-kor, gör-gör... Mən nə deyim axı... 25 faiz səs necə oldu 12 faizə düşdü. Orada Mehriban Xanlarova, Pişik Günel, Vüsalə Kərimova üstümə elə gəldilər ki, özümü itirdim. Mən, onsuz da, Vüqarı çıxartmaq istəmirdim. Mənim əlimdə fakt var. Mənə gələn sms-lərin "çek"i var. Bir insan 1500 manat səs yollayıb. Amma bunu açıqlamağın nə mənası var?! Mən 1500 manatlıq sms göstərərəm onlar 3000 minlik sms göstəricisi qoyarlar qarşıma... O daha da biabırçılıq olar. Amma mən o yarışmada iştirak etdiyim üçün peşiman deyiləm, Murad Dadaşov çox mülayim, mədəni, yaxşı insandı. Amma o sözü dediyim üçün mən oyundan çıxdım. Gördüm qızlar üstümə gəlir, mən də elə söz işlətdim. Murad Dadaşov səsləri dəyişmir, vəssalam".
RePost.Az