Müğənni Maral Tahirqızı həbsdən çıxıb.

2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb.

O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.

Müğənni feysbuk hesabında status paylaşaraq sevənlərini salamlayıb: "Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara ürək dolusu sevgilərimi gpndərirəm"

 


Baxış sayı: 3884 | Tarix: 14.10.2017
Bizi Telegramda izləyin: @repostaz