Serj Sarkisyan Həsən Ruhanini şəxsən qarşılayıb
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistan prezidenti Serj Sarkisyannın dəvəti ilə İrəvanda rəsmi səfərdədir.
RePost.az news.am-a istinadən xəbər verir ki, Zvartnos hava limanında Serj Sarkisyan Həsən Ruhanini şəxsən özü qarşılayıb. Səfər çərçivəsində qonağın Ermənistanın baş naziri ilə də görüşü gözlənilir. Görüşdə yüksək səviyyəli danışıqlar, sənədlərin imzalanması və ikitərəfli əməkdaşlığn genişləndirilməsi nəzərdə tutulur.
Sarkisyan və Ruhani mətbuata bəyanatla çıxış edəcəklər. Prezidentlərin həmçinin Ermənistan-Iran biznes forumunda iştirakı planlaşdırılır.
RePost.az