Daha iki müəllim maksimum bal topladı.
 
RePost.az xəbər verir ki,Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.
 
Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.
 
Qeyd edək ki, bundan əvvəl daha bir müəllim - Kürdəmir rayonundan coğrafiya müəllimi Xəyalə Veyisova diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərmişdi. 
 
RePost.az
 

Baxış sayı: 5784 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz