"Hərbi konfiliktin yenidən başlaması mümkündür"
Təmas xəttində Azərbaycanla hərbi konfiliktin yenidən başlaması mümkündür. RePost.az-ın məlumatına görə, bunu Rusiyanın lenta.ru saytına müsahibəsində Ermənistanın oktyabr ayında təyin edilən müdafiə naziri Viqen Sarkisyan deyib.
Sarkisyan deyib ki, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılaşma əldə edilib. Erməni nazir razılaşmaya baxmayaraq Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib.
O, deyib ki, ölkəsi öz işini hərbi əməliyyatların bərpasının mümkünlüyü prezumpsiyası üzərində qurur.
"Bununla belə Ermənistana və region ölkələrinə münaqişənin gərginləşməsinin faydasız olduğu açıq-aşkaar bəllidir". İrəvanı qondarma rejimin təhlükəsizliyinin qarantı adlandıran nazir əgər gərginlik artarsa, toqquşmaya qoşulmalı olacaqlarını da deyib.
V.Sarkisyan müharibənin yenidən bərpasını bütün Cənubi Qafqaz üçün ciddi hədə adlandırıb.
RePost.az