Bakıda üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi danışıb.
 
RePost.Az-ın məlumatına görə, avtomobilin sahibi Şahin Xanəliyev Trend-ə açıqlamasında bildirib ki, avtomobili 4-5 il bundan əvvəl alıb:
 
“Avtomobili 4-5 il bundan öncə Bakıdakı avtosalondan almışam. Həmin loqo illərdir avtomobilin üzərindədir. Həmin emblemə fikir verməmişəm. Fikir versəydim, elə həmin dəqiqə silərdim. Rəngin uyğun gəlməsi o demək deyil ki, Ermənstan bayrağıdır. Hərə bir cür fikirləşir, yazır, paylaşır. Çexiyada yaşayıram. Bu gün səhər saatlarında ölkəyə gəlmişəm və axşam qayıdacam. Orada Azərbaycanın bayrağını hər zaman qaldırmışam, gəlib öz Vətənimdə Ermənistan bayrağını qaldırmayacam ki?!”.
 
Qeyd edək ki, bu gün sosial şəbəkədə üzərində Ermənistan bayrağının rəngləri olan avtomobil fotoları yayılıb.
 
RePost.Az
 

Baxış sayı: 3542 | Tarix: 20.10.2017
Bizi Telegramda izləyin: @repostaz