Məktəbdə manyak peyda olub. RePost.Az bildirir ki, bu barədə övladları Abşeron rayonu, Novxanı kənd 2 nömrəli məktəbdə oxuyan valideynlər iddia edir. Onların sözlərinə görə, maskalı bir qadın mütəmadi olaraq məktəbə gələrək orada oxuyan 6-cı sinif şagirdi Gülcan İsmayılzadəni oğurlayacağını deyib. Əks təqdirdə məktəbdə oxuyan şagirdlərdən birini oğurlayacağını bildirib.
 
Nərmin Həsənovanın axtardığı Gülcan İsmayılzadə və onun sinif yoldaşları da dəfələrlə həmin qadın tərəfindən hədələndiyini deyir.
 
Araşdırma zamanı məlum oldu ki, sözügedən qadın Nərmin Həsənova əvvəllər Gülcan İsmayılzadənin əmisi yoldaşı olub. Elə həmin illərdə də Gülcan İsmayılzadəni övladlıqda saxlayıb. Bir müddət sonra o, yoldaşından boşanıb və Gülcanla yaşamağa başlayıb. Gülcan İsmayılzadənin dediyinə görə, həmin qadın dəfələrlə ona işgəncələr verib. Bu işgəncələrə dözməyən Gülcan isə öz anası evinə qaçıb. Hər şey isə elə bundan sonra başlayıb.
 
Gülcan İsmayılzadə yenidən həmin şəxslə yaşamaq istəmədiyini deyir.
 
Məsələ ilə bağlı məktəb direktoru ilə də əlaqə saxladıq.
 
Direktor Xanverdi Kazımov məktəbə belə bir şəxsin gəldiyini təsdiqlədi.
Xanverdi Kazımov məsələ ilə bağlı yenidən Təhsiz Nazirliyinə və aidiyyati qurumlara müraciət edəcəyini bildirdi.
 
Haqqında iddialar səslənən Nərmin Həsənovanın özü ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.
 
RePost.Az
 


Baxış sayı: 3827 | Tarix: 30.10.2017
Bizi Telegramda izləyin: @repostaz