İdmançı Kamil Zeynallı İspaniyadan qayıdarkən "Qarabağ"ın təyyarəsinə buraxılmayıb. RePost.Az xəbər verir ki, bu barədə ölkə.az saytı məlumat yayıb. Bildirilir ki, Kamilin təyyarədə söyüş söyməsinə klubdan reaksiya verilməsə də, bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin də gəlməsinə icazə verilməyib.
Klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyini, Bakıya özünün qayıtmasını bildiriblər.
Zeynallı isə rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də nəticə dəyişməyib.
Xatırladaq ki, K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.
O, təyyarədə olarkən "Instaqram" vasitəsi ilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüşlər söymüşdü.
Xatırladaq ki, "Qarabağ" Madriddə "Atletiko Madrid" ilə 1-1 heç-heçə edib.
RePost.Az