Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb.
 
İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. 
 
Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə etdiyimiz məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.
 
Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.
 
Əldə olunan məlumata görə, polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır. Bu hadisənin gerçək və ya direktora atılan böhtan olub-olmadığı araşdırmalardan sonra bilinəcək.
 
RePost.Az

Baxış sayı: 3827 | Tarix: 01.11.2017
Bizi Telegramda izləyin: @repostaz