Sankt-Peterburqda iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
 
Saxlanılan şəxslər əvvəllər məhbus həyatı yaşamış, 1975-ci il təvəllüdlü Hüseyn və 1979-cu il təvəllüdlü Emin adlı şəxslərdir.
 
Həmin şəxslər qətllə bağlı cinayət işi çərçivəsində ilkin olaraq iki gün müddətinə saxlanılıb.
 
İstintaqın versiyasına əsasən, onlar bu ilin sentyabr ayının 11-də Tbilisidə kriminal avtoritet, 1975-ci il təvəllüdlü Elçin Məmmədovu qətlə yetiriblər.
 
Xatırladaq ki, E. Məmmədovun meyiti “Toyota Land Cruiser” markalı avtomobildə aşkar olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa adamlarla restoranda olub və onlarla mübahisə edib.
 
Qeyd edək ki, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb. Həmin şəxs Rusiyada cinayət əməllərinə görə axtarışda olub.
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 02.11.2017
Bizi Telegramda izləyin: @repostaz