Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 15-20 dərəcə isti olacaq.
Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.