Noyabrın 4-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı məlumatlar yayılıb.
 
RePost.Az-ın məlumatına görə, Musavat.com saytı sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə edib.
 
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
 
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
 
RePost.Az

Baxış sayı: 4055 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz