Yağla bağlı qərar verildi: Neçə manat ucuzlaşacaq? – VİDEO
Azərbaycanda kərə və digər yağların idxal rüsumu 3 dəfə azaldılıb. Bu güzəşt sayəsində qiymətlərin də ucuzlaşacaqı gözlənilir. Ucuzlaşmanın 10 % təşkil edəcəyi bildirilir. Bundan əlavə gələcəkdə ölkəmizə gətirilən bütün xammalara güzəştlərin edilməsi nəzərdə tutulur ki, bu baş verərsə həm ümumi məhsulların qiyməti ucuzlaşacaq həm də istehsalın həcmi artacaq.
Azərbaycanda kərə və digər yağların yaxın bir ayda ucuzlaşacağı gözlənilir. Buna səbəb ölkəmizə idxal edilən yağlar üçün alınan idxal rüsumun 3 dəfə azaldılması, başqa sözlə desək 15 % dən 5 % ə endirilməsidir.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə bu güzəşt sahibkarların təkcə idxal rüsumunun azalmasına deyil, həm də daha az əlavə dəyər vergisi ödəməsi ilə nəticlənəcək ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Bu qərar 2019-cu ilin sonuna kimi qüvvədə olacaq.
Dövlət Gömrük Komitəsinin Maliyyə, Tarif və Valyuta nəzarəti baş idarəsinn rəisi Mirqasım Vahabovun sözlərinə görə bu güzəştlər yaxın zamanda digər məhsullar üçün də tətbiq ediləcək.
Bu yenilik tətbiq edilirsə ölkəmizə xammal idxalı hesabına hazırlanan bütün malların ucuzlaşacağı və istehsal həcminin artacağı gözlənilir.(xezertv)