Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən polis Mevlüt Mert Altıntaşın sui-qəsddən 3 gün öncə, dekabrın 16-da Ankara Müasir Sənət Mərkəzində olduğuna dair görüntülər ortaya çıxıb.
 
RePost.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, 22 yaşlı qatilin Ankara Müasir Sənət Mərkəzinə kəşf məqsədilə gəldiyi iddia olunur.
 
O, sərginin keçirildiyi salondan pilləkənlərə doğru gedən dəhlizdə görüntülənib.
 
Mevlüt Mertin üzərində dekabrın 19-da törətdiyi qətliam zamanı geyindiyi kimi ağ köynək, qara qalstuk və pencək olub.
 
RePost.az
 


Baxış sayı: 3219 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz