Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.
 
RePost.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.
 
O, 3 saata yaxın dindirilib.
 
APA-nın əməkdaşı Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən ifadə verib çıxarkən fotolarını çəkib.
 
E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.
 
RePost.Az 

Baxış sayı: 3865 | Tarix: 10.11.2017
Bizi Telegramda izləyin: @repostaz