21 yaşlılardan ibarət yığmamızın və "Neftçi"nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib.
 
RePost.Az apasport.az-a istinadən xəbər verir ki, bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməyi ilə seçilib.
 
Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı "qoçu"su indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.
 
Ümumiyyətlə, "İnstagram" hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən Cəfərovdan bundan artığını gözləmirdik də... Mövsümün əvvəlində oyunsonrası brifinqlərin birində peşəkarlıqdan dəm vuran Cəfərov yaxşısı budu fikrini başqa şeylərə yönəltsin. Elnur, təsbehini qoy qabağına fikirləş. Bunun üçün kifayət qədər səbəbin də var: "Tondella"dan tutmuş "Duqopolye"yə qədər.
 
RePost.Az

Baxış sayı: 5062 | Tarix: 14.11.2017
Bizi Telegramda izləyin: @repostaz