Suriyada dəhşətli bir hadisə baş verib.
 
RePost.az-ın məlumatına görə, bir jurnalist iddia edib ki, suriyalı ər-arvadın 16 dekabr cümə günü Dəməşqdəki bir polis bölməsində meydana gələn partlayışla əlaqəsi var. 
 
Görüntüləri ortaya çıxan ailənin uşaqlarıcanlı bomba olaraq istifadə olunub. Polis bölməsində törədilən terror aktının arxasında hansı təşkilatın olduğu dəqiq bilinir. Partlayışda üç polis məmuru yaralanıb. Partlayışı uşaqlarına canlı bomba yerləşdirən ər-arvad uzaqdan idarə olunan qurğu ilə həyata keçirib.
 
Kamikadze uşaq polis bölməsinə girib və yardım istəyib. Bundan sonra ailə öz uşaqlarını partladıb. Hadisənin detalları mətbuatda şok effekti yaradıb. 
 
RePost.az

Baxış sayı: 3542 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz