Dövlət İmtahan Mərkəzi (DİM) sabah dövlət qulluğuna qəbul üçün imtahan keçirəcək.

DİM-dən RePost.Az-a verilən məlumata görə, imtahan inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələri üzrə keçiriləcək.

İmtahan test üsulu və kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat bu gün saat 18:00-da başa çatacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı isə 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcək.


Baxış sayı: 3599 | Tarix: 17.11.2017
Bizi Telegramda izləyin: @repostaz