Xalq artisti Muxtar Maniyev vəfat edib.
 
RePost.az xəbər verir ki, bu barədə APA-ya C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşviq Hətəmov məlumat verib.
 
Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
 
M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
 
Allah rəhmət eləsin!
 
RePost.az
 

Baxış sayı: 3922 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz