Tanınmış telejurnalist Natiq Qədimov dünyasını dəyişib. RePost.Az-ın məlumatına görə, Natiq Qədimov 41 yaşında infarkt nəticəsində vəfat edib. 
 
Natiq Qədimov uzun müddət televiziya və mətbu orqanlarda çalışıb. O, "Ayna" ("Zerkalo") qəzetində çalışıb. O, ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişlərinin aparıcısı olub.
 
Jurnalistin sonuncu iş yeri APA TV olub.
 
Məşhur azərbaycanlı diktor, APA-nın əməkdaşı Nəsimi Nəbizadə həmkarı, ötən gecə həyatını itirən Natiq Qədimovla bağlı Facebook-dakı profildə belə yazıb.
 
“İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına… Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı”, – N.Nəbizadə yazıb.
 
Allah rəhmət eləsin.
 
RePost.Az

Baxış sayı: 5841 | Tarix: 23.11.2017
Bizi Telegramda izləyin: @repostaz