"3 il bundan əvvəl deputat seçildiyim Saatlıda 9 əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı idi. Evlərin bəzilərinin bünövrəsi qazıldı. Hətta bəzilərinin həyətinə bir neçə maşın daş da töküldü. Ancaq proses bununla da yekunlaşdı".
 
RePost.Az-ın məlumatına görə, bunu parlametdəki çıxışında Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov deyib. Onun sözlərinə görə, tikintinin dayandırılmasına səbəbə kimi Maliyyə Nazirliyinin vəsait ayırmadığı əsas gətirilir.
 
"Mən hər dəfə Saatlıya gedəndə və bu adamlarla görüşəndə məsələni izah etməyə söz tapmıram. Bu sayaq problemlər digər rayonlanda da var. Bilmək istərdim ki, bu ilki büdcədə həmin evlərin inşasına vəsait nəzərdə tutulubmu? Daha doğrusu, Maliyyə Nazirliyi bu məqsədlə vəsait ayıracaqmı? Bu, anlaşılmazlıqdırsa da, hər hansı şəkildə aradan qalxmalıdır. Hər halda evlərin tikintisini gözləyənlər var", - millət vəkili əlavə edib.
 
RePost.Az

Baxış sayı: 4245 | Tarix: 23.11.2017
Bizi Telegramda izləyin: @repostaz