"Bakıda köhnə tikililərin, xüsusən də “Xuruşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər".
RePost.Az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ilk baxışdan inşaat şirkətlərin təklifi normal təsir bağışlayır:
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov
"Bina inşa edilənədək kirayə haqqı ödənilir və daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük olan mənzilə sahib olur. Amma proses heç də belə sadə olmaya bilər. Belə ki, risklər siğortalanmadığından gələcək inşaat şirkəti öhdəliyini yerinə yetirə bilməsə də o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil. Məsələn, təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi".
Bu halda, sakinləri yeni mənzillər ilə hansı şirkət təmin edəcək?
Mütəxəssis hesab edir ki, sakinlər ilə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alnmır: "İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivləri sataraq ödəmək də mümkün deyil. Buna görə də, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsnə ehtiyac var.
Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək".
RePost.Az