Məbuat Şurasının sədir, millət vəkili Aflatun Amaşov Batumodə oteldə baş verən yanğında həlak olanlara görə, gürcü xalqına başsağlığı verib.
Amaşov qeyd edib ki, Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində baş vermiş güclü yanğın nəticəsində insan tələfatının qeydə alınmasından olduqca sarsılıb. "Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq bu faciə ilə bağlı qardaş ölkə xalqına, o cümlədən gürcüstanlı həmkarlarıma dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirəm.
Gürcüstan və Azərbaycan xalqları daim mehriban qonşuluq şəraitində yaşamış, ortaq dəyərləri və prinsipləri paylaşmışlar. Bu xalqlar bir-birilərinin sevincli anlarına şahidlik etdikləri kimi, faciələrinin ağrılarını da birgə yaşamış, bir-birilərinin acılarına təskinlik verərək dərdlərini ovutmuşlar. İnanıram ki, bu hadisənin üzüntüsü də bizləri birləşdirəcək, yeni gün uğrunda mübarizəyə səsləyəcəkdir.
Bir daha “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlərin doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyirəm".
RePost.Az