Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.
RePost.Az-ın məlumatına görə, bu barədə BAKU.WS-ə Xalq bankdan məlumat verilib.
Bank nümayəndəsinin sözlərinə görə, 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı bankdan müştərilərinə mesaj göndərilir.
Bu yalnız Xalq banka deyil, digər banklara da aiddir. 18% əlavə dəyər vergisi Azərbaycanda fəaliyyət göstərən xarici taksi xidmətlərinə şamil edilir.
Mesajda bildirilir ki, ölkə daxilində xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% ƏDV tətbiq ediləcək.
RePost.Az