Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşüb. RePost.Az-ın Xezerxeber-ə istinadən verdiyi məlumatına görə, ilk qatar 32 konteynerli 16 vaqondan ibarətdir.
 
Qatar Mersin şəhərindən yola salınıb. Tarsus əyalətinin Yenice dəmiryol stansiyasında keçirilən tədbirdə çıxış edən Türkiyə dövlət dəmiryollarının baş direktoru Veysi Kurt bildirib ki, qatar Bakıyadək 2100 km məsafəni 96 saata, yəni 4 günə qət edəcək. Qatarı Bakıya daha tez 75-80 saata çatdırmaq nəzərdə tutulur. Qatarın yükü 650 ton soya jımıxı və keramik yapışqan təşkil edir. Qatar Bakıdan 3 gün sonra Türkmənistana çatacaq.
 
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına isə 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq. Bunu isə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib.
 
Nazir qeyd edib ki, Bakı- Tbilisi - Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir. Bu yol həm sərnişinlər, həm də yüklərin daşınması üçün cəlbedici olacaq Ahmet Arslanın sözlərinə görə, ilkin mərhələdə bu dəmiryolu vasitəsi ilə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq nəzərdə tutulur. Hazırda qarşıda duran hədəflərdən birincisi il ərzində bu dəhlizlə yükdaşımaların həcmini 20-22 milyona çatdırmaqdır.Nazirin sözlərinə görə, gələcəkdə isə dəmiryolu xətti ilə 34-35 milyon ton potensial yük daşımaq planlaşdırılır.
 
Türkiyəli nazir qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.
 
RePost.Az


Baxış sayı: 3010 | Tarix: 28.11.2017
Bizi Telegramda izləyin: @repostaz