Dekabrın 10-dan etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarları yeni hərəkət cədvəlinə keçəcək. Bakıdan bölgələrə hərəkət edən qatarlar indiki vaxtdan bir qədər gec yola düşəcək. Əvvəl mövsümi olaraq apreldən oktyabradək hərəkət edən Bakı-Rostov qatarı isə il boyu işləyəcək.
 
RePost.Az ın məlumatına görə, Bakı Dəmir Yolu Stansiyasının rəisi Nizaməddin Eminov Xəzər TV-yə bildirib ki, ölkədaxili dəmir yolu xətlərində aparılan yenidənqurma işləri qatarların daha sürətlə hərəkət etməsinə imkan verir. Bu səbəbdən də hərəkət qrafiki dəyişdirilib. 
 
Beynəlxalq sərnişin qatarlarının da hərəkət cədvəlində dəyişiklik edilib. Bakı-Rostov əvvəl mövsümi olaraq apreldən oktyabradək hərəkət edirdisə, indi il boyu işləyəcək. O, illik rejimdə dörd gündən bir, yay rejimində isə bir gündən bir işləyəcək. Bakı-Rostov qatarının il boyu işləməsinə səbəb həmin istiqamətə tələbatın çox olması ilə bağlıdır. 
 
Qatar Bakıdan 23:50-də yola düşəcək. 
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 04.12.2017
Bizi Telegramda izləyin: @repostaz