Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.
Gömrük İdarəsindən
RePost.Az-a verilən məlumata görə, bu fakt idarə əməkdaşlarının “Lesitin Soyevıy” adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Rusarom” MMC-nin ünvanına daxil olub.
Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
RePost.Az