Azərbaycanlı milli-mədəni fəal Xədicə Həjəbrinin evində axtarış aparıblar.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri, Xədicə xanımın evinə xəbərdarlıq etmədən və məhkəmə hökmü olmadan daxil olublar. Azərbaycanlı fəalın kompüter, mobil telefonu, oğlunun toy mərasiminin CD-ləri və İranda satışda olan qanuni kitabları müsadirə olunub. Eyni zamanda Xədicə xanımın ailə üzvləri də təhdid olunub.
 
RePost.Az

Baxış sayı: 4568 | Tarix: 14.12.2017
Bizi Telegramda izləyin: @repostaz