Bu gün paytaxt ərazisində fəaliyyət göstərən marşrutların birində maraqlı hadisə baş verib.
 
Hadisə şahidinin sözlərinə görə, avtobus Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda durduğu zaman avtobusa daxil olan sərnişinlər özləri ilə bərabər yanlarındakı itləri də salona keçiriblər.
 
Avtobus sürücüsü isə buna heç bir etiraz bildirməyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturdulub. İtlərdə qorxan bir neçə sərnişin isə avtobusu tərk edib. İtlərin heç birinin ağzında qoruyucu vasitələr də olmayıb. Əməkdaşımız həmin anı telefon vasitəsilə çəkib və həmin görüntüdə maraqlı anlar qeydə alınıb: Sərnişinlərin ayaq üstə durması, itlərin isə oturacaqlarda oturması insanların da təccübünə səbəb olub.
 
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nörmərli qərarına əsasən ictimai nəqliyyatda ev heyvanlarının daşınmasına yol verilmir.//yeniavaz
 
RePost.Az
 


Baxış sayı: 4169 | Tarix: 14.12.2017
Bizi Telegramda izləyin: @repostaz