Azərbaycan kubokunda yarımfinalın hər iki cütü müəyyənləşib.
1/4 finalın bu gün keçirilən cavab oyununda “Səbail”i məğlub edən “Qəbələ” “Neftçi”yə rəqib olub
“Qırmızı-qaralar” evdə 1:0, səfərdə 4:2 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb. “Neftçi” isə bir gün öncə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zirə”ni 2 cavabsız qolla keçmişdi.
Digər cütdə isə "Sumqayıt" “Keşlə” ilə oynayacaq. “Kəpəz”ə hər iki matçda qalib gələn (2:0, 3:2) bakılıların rəqibi də bu gün bilinib. Öz meydanında “Qarabağ”a şok yaşadan “Sumqayıt” iki oyunun nəticəsinə görə (1:2, 2:0) final uğrunda döyüşməyə haqq qazanıb.
Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.
Azərbaycan kuboku
1/4 final
Cavab oyunları
15 dekabr (cümə)
“Sumqayıt” – “Qarabağ” - 2:0
Qollar: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90
İlk oyun – 1:2
“Səbail” – “Qəbələ” - 2:4
Qollar: Adrian Popoviçi, 16, Elman Taqayev, 78 - Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44,
İlk oyun – 0:1
RePost.Az