Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.
 
RePost.Az-ın məlumatına görə,  məhkəmənin hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.
 
Qeyd edək ki, Nail Allahverdiyv avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.
 
RePost.Az

Baxış sayı: 3922 | Tarix: 18.12.2017
Bizi Telegramda izləyin: @repostaz