Jurnalist Əvəz Zeynallı saxlanılıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır: "Sabah onunla görüşəcəyəm. Hələ ki, onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər.
 
Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə  (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb". 
 
RePost.Az

Baxış sayı: 4150 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz