Bu gün səhər saatlarında Moskva şəhərində "İnterfaks-Azərbaycan” xəbər agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov beyninə qansızma nəticəsində dünyasını dəyişib. 
 
A.İvanov 1950-ci ilin iyulun 12-də Bakıda anadan olub. 2005-ci ilin avqustunda isə "İnterfaks-Azərbaycan” informasiya agentliyinə baş direktor təyin olunub.
 
Qeyd edək ki, təcrübəli xüsusi xidmət orqanları əməkdaşı olan Aleksandr Alekseyeviç 1972-ci ildən dövlət təhlükəsizliyi sistemində çalışıb.
 
O, Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul idi.
 
RePost.Az

Baxış sayı: 4226 | Tarix: 21.12.2017
Bizi Telegramda izləyin: @repostaz