Abşeron rayonunun Novxanı kəndində yerləşən "Hacı Səfərəli" məscidinin işıqları kəsilib.
RePost.Az-ın məlumatına görə, bu barədə prodüsser Tarix Əliyev (Tolik) məlumat verib. Bildirilir ki, 24 min manata işıq borcuna görə məscidə enerji verilişi dayanıb və artıq 1 həftədir ki, məsciddə azan səsi gəlmir. Qeyd olunur ki, ilkin olaraq 5 min manat ödəniləcəyi təqdirdə məscidə enerji verilişi bərpa ediləcək.
Qeyd edək ki, bu məscid hicri tarixi ilə 1324-cü ildə tikilib. Əvvəllər o, iki hissədən ibarət olub. Kiçik hissəni hacı Səfərəli 113 il bundan əvvəl tikdirmişdi. Elə məscid də onun xatirəsinə adlandırılıb.
RePost.Az