Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir.
 
RePost.Az-ın məlumatına görə, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.
 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.
 
Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.
 
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
 
RePost.Az

Baxış sayı: 4378 | Tarix: 26.12.2017
Bizi Telegramda izləyin: @repostaz