"Azərbaycanda dini radikalizm, xürafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində ölkədə radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb".
RePost.Az trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur: "Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir".