Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti yeni avtobuslarla təmin olunub.

RePost.Az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, paytaxtda sərnişinlərə xidmət göstərən 133 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar buraxılıb.

Yeni avtobuslar bu ildən fəaliyyətə başlayıb.


Baxış sayı: 2060 | Tarix: 03.01.2018
Bizi Telegramda izləyin: @repostaz